
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Keçən tur qələbəyə böyük hesablı qələbəyə sevinən “Qəbələ” bu dəfə doğma publika önündə qələbə qazanmaq istəyir. Keçən tur qələbəni əldən verən “İmişli” bu oyunda qələbə qazanmaq istəyir.Hakim Kamranbəy Rəhimovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
24. İsmael Akinade
33. Seydina Keyta
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
93. Rza Cəfərov(GK)
94. Həbib Hüşənov(GK)
3. Eduardo Kunde
12. İbrahim Sanqare
50. Adriel Ba Loua
22. Fərid İsgəndərov
13. Nicat Əliyev
11. Asif Məmmədov
7. Turan Manafov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
70. Paulo Quimbila
“Qəbələ”nin baş məşqçisi:George Çixradze
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
21. Abbas Ağazadə
5. İdris İnqilablı
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
44. Həzrət İsayev
77. Elmir Rəhimzadə
97. Xəzər Mahmudov
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Yevlax şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Keçən tur yol üstündə olan “Qarabağ”a qalib gələn Nizami yurdunun təmsilçiləri bu oyunda da qələbə qazanmaq istəyir. Keçən tur evdə darmadağın olan “Şamaxı” isə bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə bu tur ilk qələbələrini qazanmağa qazanmaq istəyəcək. “Bayquşlar”da liderliyini qorumaq üçün bu oyuna üç xal üçün çıxacaq.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Keçən turda 1 xala qane olan hər iki komanda bu turda qələbə qazanmağa çalışacaq.
Günün və turun sonuncu oyununda “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Köhlən atlar meydana üç xal üçün çıxacaq. “Boz qurd” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.
