• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Şamaxı" 2026-da ilk qələbəsini qazandı-YENİLƏNİB-3

31 Yanvar, 26 / 16:22
A A
"Kəpəz" "Şamaxı"nı qəbul edir-START HEYƏTLƏR

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Kəpəz”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən oyun 0:2 hesabı ilə “Şamaxı”nın xeyrinə başa çatıb.

xxxx

“Kəpəz”-“Şamaxı” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Şamaxı” 0:2 hesabı ilə öndədir.

xxxxxx

Oyunun 45+1 dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topuna imza atdı-“Kəpəz”-“Şamaxı”-0:2

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “Yevlax şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” “Şamaxı”nı qəbul edir. Keçən tur yol üstündə olan “Qarabağ”a qalib gələn Nizami yurdunun təmsilçiləri bu oyunda da qələbə qazanmaq istəyir. Keçən tur evdə darmadağın olan “Şamaxı” isə bu oyunda qələbə qazanmaq haqqında düşünür. Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada artıq oyunun 13-cü dəqiqəsində “Şamaxı” Arsen Ağcəbəyovun qolu ilə hesabı açdı-“Kəpəz”-“Şamaxı”-0:1

Bu gün daha bir qarşılaşma baş tutacaq.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə bu tur ilk qələbələrini qazanmağa qazanmaq istəyəcək. “Bayquşlar”da liderliyini qorumaq üçün bu oyuna üç xal üçün çıxacaq.

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Keçən turda 1 xala qane olan hər iki komanda bu turda qələbə qazanmağa çalışacaq.

Günün və turun sonuncu oyununda “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Köhlən atlar meydana üç xal üçün çıxacaq. “Boz qurd” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq “Sumqayıt” Aleksa Yankoviçin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1. Oyunun 33-cü dəqiqəsində Ronaldo Vaskez “Sumqayıt”ın ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:2. İlk hissə “Sumqayıt”ın 0:2 xeyrinə başa çatıb. Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunu nəticəsi oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.

Günün ikinci qarşlaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Qəbələ”-“İmişli”-0:1.Oyunun 27-ci dəqiqəsində Domi Massumo “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“İmişli”-1:1.Oyunun 45+1-ci dəqiqəsində Domi Massumo dubl edərək özünün və komandasının “Qəbələ”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Qəbələ”-“İmişli”-2:1. İlk hissə “Qəbələ”nin 2:1 üstünlüyü ilə başa çatdı.Oyunun 61-ci dəqiqəsində Dioqo Almeydanın dubl edərək özünün və komandasının ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Qəbələ”-“İmişli-2:2. Oyunun 88-ci dəqiqəsində Domi Massumo hett-trik edərək özünün və komandasının üçüncü topuna imza ataraq komandasını yenidən hesabda öna keçirib. Bu oyunda son qol olub və “Qəbələ” matçdan 3:2 qalib ayrılıb.

 

Previous Post

"Zirə" "Sabah"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

Mina buna görə ərindən BOŞANIB: "Ürəyim partlayırdı..."

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.