• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Sirli Sahil: Bu çimərliyə giriş yalnız xüsusi icazə ilə mümkündür

01 Fevral, 26 / 19:03
A A
Sirli Sahil: Bu çimərliyə giriş yalnız xüsusi icazə ilə mümkündür

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Türkiyənin Muğla şəhərində yerləşən və ilk baxışdan adi görünən bir sahil, əslində qorunan təbiət möcüzəsidir. Bura daxil olmaq üçün rəsmi qurumlardan icazə almaq mütləqdir.

Söhbət Marmaris yaxınlığındakı Boncuk Koyu (Muncuq körfəzi) sahillərindən gedir. Bu ərazi təkcə gözəlliyi ilə deyil, həm də nadir dəniz canlılarının sığınacağı olduğu üçün yüksək dərəcədə qorunur.

Bu sahilin ən böyük özəlliyi dünyada çox az yerdə rast gəlinən Qum köpəkbalıqlarının (Carcharhinus plumbeus) çoxalma və böyümə sahəsi olmasıdır.

Bu canlıların nəsli kəsilmək təhlükəsi altında olduğu üçün ərazi “Xüsusi Ətraf Mühiti Mühafizə Bölgəsi” elan edilib.

Sahildə səs-küy salmaq, dənizə mühərrikli qayıqla girmək və ya icazəsiz dalğıclıq etmək qəti qadağandır.

Sərt qaydalar sayəsində bu ərazi hələ də sivilizasiyanın mənfi təsirlərindən uzaq qala bilib. Suyun şəffaflığı o qədər yüksəkdir ki, sahil kənarından belə dənizdəki canlıları müşahidə etmək mümkündür.

Sahil xətti sahil mühafizə dəstələri və kamera sistemləri ilə 24 saat nəzarətdə saxlanılır.

Bura yalnız elmi tədqiqat aparan qruplar və ya əvvəlcədən rəsmi müraciət edib razılıq alan kiçik turist qrupları xüsusi qaydalar çərçivəsində buraxılır.

//milli.az

Previous Post

Qalmaqal BÖYÜYÜR: Səidə Bəkirqızı Akif Nağıya elə sözlər dedi ki...

Next Post

“Mercedes” küçənin ortasında alışdı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.