• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

AmCham Azərbaycan və Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş keçirilib

04 Fevral, 26 / 20:27
A A
AmCham Azərbaycan və Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş keçirilib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

2 Fevral 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) və Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında görüş keçirilib.
Görüş “Ağ Sənəd 2025” nəşrində, eləcə də bu sənədə istinad edilərək bəzi media orqanlarında yer alan gömrük dəyərinin artırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiq edilməməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.
Görüş zamanı AmCham Azərbaycan və Dövlət Gömrük Komitəsinin hər zaman açıq, şəffaf və konstruktiv dialoqa hazır olduqları vurğulanıb.

Dövlət Gömrük Komitəsində “Ağ Sənəd 2025” nəşrində qeyd olunan məsələlər üzrə Komitənin mövqeyi diqqətə çatdırılıb. Beynəlxalq əsaslar nəzərə alınmaqla gömrük dəyərləndirilməsi üzrə tətbiq olunan milli təcrübə, bu sahədə rəqəmsal alətlərdən istifadə, “sövdələşmə qiyməti” əsasında gömrük dəyərinin müəyyən edilməsi üsulunun tətbiqi, yaranan mübahisələrin həlli mexanizmləri və müvafiq statistik göstəricilər barədə məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin statistik məlumatlarına əsasən, “sövdələşmə üsulu” tətbiq edilən gömrük bəyannamələrinin 95 faizi üzrə xarici ticarət iştirakçıları tərəfindən bəyan edilən gömrük dəyəri olduğu kimi qəbul edilib. Gömrük dəyərinin dürüstləşdirilməsi məqsədilə təqdim edilən bildirişlər nəticəsində dürüstləşdirilmiş gömrük dəyəri isə ümumi idxal həcminin cəmi 1,2 faizini təşkil edib.

Yekunda AmCham Azərbaycan və Dövlət Gömrük Komitəsi arasında “Ağ Sənəd 2025” üzrə irəli sürülmüş tövsiyələrin ətraflı müzakirəsinin aparılması və nəticələri üzrə müvafiq məlumatların təqdim edilməsi nəzərdə tutulub.

Görüşdə AmCham Azərbaycan və Dövlət Gömrük Komitəsinin rəhbərliyi, o cümlədən hər iki tərəfin məsul şəxsləri iştirak ediblər.

Previous Post

Yunan-Roma güləşində daha 5 çəkidə finalçılar müəyyənləşib

Next Post

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.