Türkiyədə yol qəzası baş verib.Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Boluda baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı minik avtomobilinin 21 yaşlı sürücüsü həyatını itirib. Qəza zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
