• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

"Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"

06 Fevral, 26 / 17:59
A A
"Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Aşıq Namiq canlı efirdə müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Sənətçi Tacir Şahmalıoğlunun onun sənəti ilə bağlı səsləndirdiyi tənqidlərə emosional şəkildə reaksiya verib. Aşıq Namiq bildirib ki, bəzi ifaçıların yaşı irəlilədikcə davranışları da dəyişir və artıq nə danışdıqlarının fərqində olmurlar:

“Bəzilərinin yaşı 60-a çatıb, ağılları yüngülləşib, bilmirlər nə danışırlar. Bir dənə ‘Bayatı-Şiraz’ oxumusan, nə xidmətin olub? İndi sən oxumursan, xırıltı ilə səslər çıxarırsan”.

Aşıq Namiq vurğulayıb ki, onun şəxsi kimliyinə və sənətinə toxunulmasını heç vaxt qəbul etməyəcək:

“Kimliyindən asılı olmayaraq, mənim şəxsiyyətimə toxunsa, cavabını alacaq. Elə söz deyərəm ki, deyəni yerində qoyar. ‘Oxuya bilmirəm’ deyəndə yola verirəm, amma sənətimi təhqir etməyə heç kimin haqqı yoxdur”.

Sənətçi özünü ustad şagirdi adlandıraraq cavabının təkcə Tacir Şahmalıoğluna deyil, ümumilikdə sənətə hörmətsizlik edənlərə yönəldiyini deyib:

“Mən ustad ocağından çıxmışam. Cavabımdan sonra bir çox müğənnilər zəng edib dedi ki, düz deyirsən, boğaza yığılmışıq. Hər ‘mən-mən’ deyən sənətkar deyil. Zeynəb Xanlarova, Yaqub əmi, Cabbar, Səxavət, hələ yeni nəsil xanəndələri demirəm, onlar kimdir?”

Aşıq Namiq əlavə edib ki, sənətdə hörmət və çəkini qorumaq vacibdir:

“Yaxşı saz ifaçısını görəndə sənətini qəbul edirəm. Amma sambalını saxla ki, desinlər filankəs gəlir. Beşgünlük dünyada qəlbə dəyməyə dəyməz”.

Sənətçi sosial şəbəkələrdə yayılan görüntülərə də toxunaraq bildirib ki, onun çıxışı Tacir Şahmalıoğlunun açıqlamasından daha çox maraq doğurub:

“Onun danışığına 20 min baxış olub, mənim çıxışıma isə 80-90 min baxış, 2 minə yaxın rəy yazılıb və əksəriyyəti mənim tərəfimdədir. Mən xalqın qarşısında baş əyirəm”.

Aşıq Namiqin bu çıxışı efirdə və sosial şəbəkələrdə geniş rezonans doğurub, sənət cameəsində ciddi müzakirələrə səbəb olub.

//milli.az

Previous Post

Bakıda dünyaşöhrətli mütəxəssis Göktuğ Erginin iştirakı ilə beynəlxalq məşqçilik təlimi keçirilib

Next Post

Türkiyəli aktrisa vəfat etdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.