
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Sabah”-“Araz-Naxçıvan” görüşü başa çatdı. Matç 4:1 “Sabah”ın xeyrinə yekunlaşdı.
xxxx
Oyunun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesab arasındakı fərqi azaltdı-“Sabah”-“Araz-Naxçıvan”-4:1
xxxx
Oyunun 68-ci dəqiqəsində Xəyal Əliyev dubl edərək özünün ikinci “Sabah”ın dördüncü topuna imza atdı-“Sabah”-“Araz-Naxçıvan”-4:0
xxxx
“Sabah”-“Araz-Naxçıvan” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Sabah” 3:0 irəlidədir.
xxxx
Oyunun 16-cı dəqiqəsində Xəyal Əliyev “Araz-Naxçıvan”ın üçüncü topuna imza atdı-“Sabah”-“Araz-Naxçıvan”-3:0
xxxx
Oyunun 11-ci dəqiqəsində Aron Maluda “Sabah”ın ikinci topuna imza atdı-“Sabah”-“Araz-Naxçıvan”-2:0
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Turun və günün açılış oyununda “Sabah” “Bank Respublika Arena”da “Araz-Naxçıvan”ı qəbul edir. “Baquşlar”la Muxtar Respublika təmsilçisinin görüşünü Tural Qurbanov idarə edir. Artıq oyunun 9-cu dəqiqəsində “Sabah” Umarali Raxmonaliyevin penaltidən qolu ilə hesabı açdı-“Sabah”-“Araz-Naxçıvan”-1:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Bu görüşdən sonra “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”nda “Zirə”ni qəbul edəcək. “Kimyaçılar”la “Mavi qartallar”ın oyunu İnqilab Məmmədov idarə edəcək.
Turun digər görüşləri Bazar ertəsi və Çərşənbə axşamı keçiriləcək. Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün aşılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Kəpəz”i qəbul edəcək. “İmişli” ilə Nizami yurdunun təmsilçi arasındakı matçı Fərid Hacıyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arenada” “Karvan-Yevlax”ı qəbul edəcək. “Boz qurd”la Yevlax təmsilçisi arasındakı matçı Vüqar Həsənli idarə edəcək.
Turun sonuncu görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşamasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Şirlə”lə “köhlən atlar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Qəbələ”ni qəbul edəcək. “Ağ-qaralar”la “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək.
