
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
Azərbaycan Premyer Liqasının XlX turu çərçivəsində keçirən -“Sumqayıt”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən matç 2:3 “Zirə”nin xeyrinə başa çatdı
xxxx
Oyunun 88-ci dəqiqədində Giorgi Papunaşvili “Zirə”nin üçüncü topuna imza ataraq komandasını yenidən hesabda önə keçirdi-“Sumqayıt”-“Zirə”-2:2
xxxx
Oyunun 50-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza ataraq yenidən hesabı bərabərləşdirdi-“Sumqayıt”-“Zirə”-2:2
xxxxx
“Sumqayıt”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 1:2 hesabı ilə irəlidədir.
xxxx
Oyunun 35-ci dəqiqəsində Qismət Alıyev “Zirə”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirdi-“Sumqayıt”-“Zirə”-2:1
xxxx
Oyunun 26-cı dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topuna imza atdı-“Sumqayıt”-“Zirə”-1:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Bu görüşdən sonra “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”nda “Zirə”ni qəbul edir. “Kimyaçılar”la “Mavi qartallar”ın oyunu İnqilab Məmmədov idarə edir. Artıq oyunun 24-cü dəqiqəsində “Zirə” David Volkovun qolu ilə hesabı açdı-“Sumqayıt”-“Zirə”-0:1
Turun digər görüşləri Bazar ertəsi və Çərşənbə axşamı keçiriləcək. Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün aşılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Kəpəz”i qəbul edəcək. “İmişli” ilə Nizami yurdunun təmsilçi arasındakı matçı Fərid Hacıyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arenada” “Karvan-Yevlax”ı qəbul edəcək. “Boz qurd”la Yevlax təmsilçisi arasındakı matçı Vüqar Həsənli idarə edəcək.
Turun sonuncu görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşamasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Şirlə”lə “köhlən atlar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Qəbələ”ni qəbul edəcək. “Ağ-qaralar”la “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “Sabah” “Bank Respublika Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 9-cu dəqiqəsində “Sabah” Umarali Raxmonaliyevin penaltidən qolu ilə hesabı açıb-“Sabah”-“Araz-Naxçıvan”-1:0. Oyunun 11-ci dəqiqəsində Aron Maluda “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-2:0. Oyunun 16-cı dəqiqəsində Xəyal Əliyev “Araz-Naxçıvan”ın üçüncü topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-3:0. İlk hissə “Sabah”ın 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 68-ci dəqiqəsində Xəyal Əliyev dubl edərək özünün ikinci “Sabah”ın dördüncü topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-4:0.Oyunun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesab arasındakı fərqi azaldıb-“Sabah”-“Araz-Naxçıvan”-4:1. Bu qol Naxçıvan təmsilçisi üçün ancaq təsəlli xarakteri daşıyıb və “Sabah” matçdan 4:1 qalib ayrılıb.
