Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aksarayda baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 3 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Yük maşının sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
