
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Şamaxı”-“Qarabağ” oyunu başa çatıb. Gərgin keçən oyun 1:2 “Qarabağ”ın xeryinə başa çatıb.
xxxx
Oyunun 90+4-cü dəqiqəsində Kamilo Duran “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Şamaxı”-“Qarabağ”-1:2
xxxxx
“Şamaxı”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Şamaxı”-“Qarabağ”-1:1
xxxx
Oyunun 18-ci dəqiqəsində Joni Montiel “Qarabağ”ın bərabərlik topuna imza atdı-“Şamaxı”-“Qarabağ”-1:1
xxxxx
Bazar günü futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşamasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edir. “Şirlə”lə “köhlən atlar”ın görüşünü Kamal Umudlu idarə edir. Artıq oyunun 14-cü dəqiqəsində “Şamaxı”ı Oruc Məmmədovun qolu ilə hesabı açdı-“Şamaxı”-“Qarabağ”-1:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Qəbələ”ni qəbul edəcək. “Ağ-qaralar”la “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol Azərbaycan Premyer Liqasının XIX turuna Bazar günü start verilib. Turun açılış günüdə iki qarşılaşma baş tutub.
İlk olaraq “Sabah” “Bank Respublika Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 9-cu dəqiqəsində “Sabah” Umarali Raxmonaliyevin penaltidən qolu ilə hesabı açıb-“Sabah”-“Araz-Naxçıvan”-1:0. Oyunun 11-ci dəqiqəsində Aron Maluda “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-2:0. Oyunun 16-cı dəqiqəsində Xəyal Əliyev “Araz-Naxçıvan”ın üçüncü topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-3:0. İlk hissə “Sabah”ın 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 68-ci dəqiqəsində Xəyal Əliyev dubl edərək özünün ikinci “Sabah”ın dördüncü topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-4:0.Oyunun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesab arasındakı fərqi azaldıb-“Sabah”-“Araz-Naxçıvan”-4:1. Bu qol Naxçıvan təmsilçisi üçün ancaq təsəlli xarakteri daşıyıb və “Sabah” matçdan 4:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “Zirə” David Volkovun qolu ilə hesabı açıb-“Sumqayıt”-“Zirə”-0:1. Oyunun 26-cı dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Zirə”-1:1. Oyunun 35-ci dəqiqəsində Qismət Alıyev “Zirə”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-“Zirə”-2:1. İlk hissə “Zirə”nin 1:2 xeyrinə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza ataraq yenidən hesabı bərabərləşdirib-“Sumqayıt”-“Zirə”-2:2. Oyunun 88-ci dəqiqədində Giorgi Papunaşvili “Zirə”nin üçüncü topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-“Zirə”-2:3.Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 2:3 qalib ayrılıb.
Dünən isə daha iki qarşılaşma baş tutub.
Günün aşılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“İmişli”-“Kəpəz”-0:0. Oyunun ikinci hissəsində də qol olmayıb və görüş başladığı hesabla bitib-“İmişli”-“Kəpəz”-0:0
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arenada” “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 15-ci dəqiqəsində “Turan Tovuz” Alexandro Serranonun penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Karvan-Yevlax”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Turan Tovuz”-“Karvan-Yevlax”-1:0.
