• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan karateçiləri Avropa çempionatından Vətənə qayıdıblar

11 Fevral, 26 / 16:58
A A
Azərbaycan karateçiləri Avropa çempionatından Vətənə qayıdıblar

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Kipr Respublikasının Limasol şəhərində 6-8 fevral 2026-cı il tarixlərində gənclər arasında idman karatesi (WKF) üzrə Avropa çempionatı uğurla başa çatıb.

Azərbaycan Karate Federasiyasının milli komandası nüfuzlu Avropa çempionatında yüksək nəticələr göstərərək müxtəlif yaş və çəki dərəcələrində medallar qazanıb.

U18 yaş kateqoriyasında kata üzrə çıxış edən Salman Salmanov bürünc medala layiq görülüb. Kumite yarışlarında isə -66 kq çəki dərəcəsində Cansu Əhmədzadə, -61 kq çəki dərəcəsində Rəvan Abasov bürünc medal qazanıblar. -55 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qənbərov gümüş medala sahib olub. -68 kq çəki dərəcəsində çıxış edən Ələddin Məlikov isə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

U21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev -60 kq çəki dərəcəsində bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun, U18 milli komandasının baş məşqçisi Anar Allahverdiyevin, U21 milli komandasının baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında iştirak edib.

Milli komandamız artıq Vətənə qayıdıb. İdmançılarımız Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, məşqçilər, valideynlər və idman ictimaiyyəti tərəfindən böyük coşqu və qürur hissi ilə qarşılanıblar.

Azərbaycan karateçilərini qazandıqları uğurlar münasibətilə təbrik edir, gələcək yarışlarda yeni-yeni nailiyyətlər arzulayırıq.

Previous Post

Azərbaycan çempionatı: 1/8 final başlayır

Next Post

Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.