Abşeron rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Nəzər.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 27-si gecə saat 2 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Daşdəmirovu boğub öldürüb.
M.Daşdəmirov hadisəni törədəndən sonra Zaqatala rayonuna gedərək orada könüllü olaraq polisə təslim olub və hadisəni törətdiyini etiraf edib.
xxxxx
Bakı şəhərində qətl hadisəsi baş verib.
Nəzər.Media oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir.
Mərhumun iki azyaşlı övladının olduğu qeyd edilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, G.Məmmədova əslən Salyan rayonundandır.
