
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Avropa liderləri “Tək Avropa, tək bazar” təşəbbüsü ətrafında razılığa gəliblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antonio Koşta bildirib
O qeyd edib ki, 1992-ci ildə ortaq bazardan vahid bazara keçid edilmişdi, indi isə daha inteqrə olunmuş və bütöv bazar mərhələsi başlayır.
Ursula von der Leyen ilə birlikdə çıxış edən Koşta deyib ki, liderlər Avropanın rəqabət qabiliyyətinin artırılması üçün yeni addımlar barədə razılaşıblar. İtaliyanın keçmiş baş naziri Enriko Lettanın vahid bazarın daha da gücləndirilməsi təklifi qəbul olunub.
Zirvə iştirakçıları elektrik qiymətlərinin azaldılması, strateji sahələrin qorunması və investisiyaların artırılması məsələlərini də müzakirə ediblər. Koşta vurğulayıb ki, 2026-cı ildə Avropa konkret nəticələr əldə edəcək.
//Nəzər.Media
