
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ və İran nüvə sazişi üzrə razılığa gəlməyə hazır görünür. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə açıqlasında bildirib.
Fidanın sözlərinə görə, Vaşinqton uranın zənginləşdirilməsi məsələsində müəyyən güzəştə gedə bilər. İran tərəfinin də razılaşmanın vacibliyini qəbul etdiyi Hakan Fidan tərəfindən vurğulanıb.
Nazir qeyd edib ki, Tehran 2015-ci il sazişində olduğu kimi məhdudiyyət və ciddi nəzarət mexanizmlərini qəbul edə bilər.
//Nəzər.Media
