
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Mavi qartallar”la Yexlax təmsilçisinin oyununu Kamranbəy Rəhimov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
8. İsmayıl İbrahimli
19. Rüfət Abdullazadə
4. Ruan Renato
25. Enrike Kustodio
9. Davit Volkov
10. Giorgi Papunaşvili
5. Ange Mutsinzi
11. Junior Martins
17. Ayron Qomis
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
70. Namik Ələskərov
73. Anatoli Nuriyev
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
26. Stefan Aka
30. Rikardo Martins
6. Eldar Quliyev
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
6. Vadim Abdullayev (C)
33. Eltun Turabov
13. Vüsal Məsimov
14. Uğur Cahangirov
16. Rauf Rüstəmli
5. Emin Rüstəmov
2. Şakil Sno
11. Kayl Spens
19. Tompson Qavi
21. İmani Barker
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
32. Elvin Yunuszadə
42. İbrahim Qədirzadə
17. Samir Abdullayev
37. Mois Nqvisani
8. Peter Kings
10. Samuel Durrant
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın baş məşqçisi:Fizuli Məmmədov
Turun digər görüşləri Bazar günü və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”n qəbul edəcək. “Sarı göylər”lə “ağ-qaralar”ın oyununu Əli Əliyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “kimyaçılar”ın oyununu Elçin Məsiyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar ertəsi keçiriləcək. Bazar ertəsi iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Şirlər”lə “boz qurd”un matçını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Qırmızı qaralar”la “bayquşlar”ın matçını Rauf Cabarov idarə edəcək.
