
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Çempionlar Liqasında eyni gündə keçiriləcək oyunların bilet qiymətləri bəlli olub və rəqəmlər futbolsevərləri şoka salır.
Nəzər.Media xəbər verir ki, “Qalatasaray” – “Yuventus” matçı bilet qiymətlərinə görə zirvədə qərarlaşıb; bu görüş üçün ən ucuz bilet 38 avro, ən bahalısı isə rekord məbləğdə – 820 avrodur.
“Monako” – PSJ qarşılaşmasında qiymətlər 39-189 avro, “Benfika” – “Real Madrid” matçında isə 45-120 avro arasında dəyişir. Günün ən münasib oyunu isə Dortmundda keçiriləcək “Borussiya” – “Atalanta” görüşüdür ki, burada ən ucuz bilet cəmi 18,5 avrodur.
Sergen Dağın təqdim etdiyi məlumatlara görə, İstanbuldakı nəhəng duel bu turun maliyyə baxımından ən ağır oyunu hesab olunur.
//Fanat.Az
