Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanovu vəzifəsindən azad edib.
Boqdanov həmçinin Prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi postundan da uzaqlaşdırılıb.
O, 2011-ci ildən Xarici İşlər Nazirliyində müavin, 2012-ci ildən Yaxın Şərq üzrə, 2014-cü ildən isə Afrika üzrə xüsusi nümayəndə kimi fəaliyyət göstərirdi. Hər iki vəzifədən azad edilmə barədə fərman 9 iyul 2025-ci il tarixində imzalanıb.
//milli.az
