Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada səfərdədir. Nəzər.Media saytının məlumatına görə Qazaxıstan Prezidenti Türkiyəli həmkarı ilə görüş keçirib. Görüşdən sonra tərəflər mətbuata birgə açıqlama verib.
“Hazırda Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Türkiyəyə 1,4 milyon ton qazax nefti nəql olunur. Biz neftin tədarük həcminin artırılması məsələsini müzakirə etdik və “Türkiye Petroleum” şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayırıq. Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq.”-deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib
Kasım-Jomart Tokayev əlavə edib ki, iri layihələrin birgə həyata keçirilməsinə hazırıq.
