Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər qəza Adıyamanda baş verib.
Qəza zamanı minik avtomobili parklanmış vəziyyətdə olan avtomobilə çırpılıb. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağırdır. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
