
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Sumqayıt”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən matç başladığı hesabla bitib-“Sumqayıt”-“Qəbələ”-0:0
xxxx
Bu gün futbol üzə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edirk. “Kimyaçılar”la “qırmızı-qarlar”ın oyunu Fərid Hacıyev idarə edir. Artıq oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“Qəbələ”-0:0
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma təyin olunsa da onlardan biri təxirə salınıb.
Günün ilk qarşılaşmasında “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Yevlax təmsilçisi ilə muxtar Respublika təmsilçisinin görüşünü İnqilab Məmmədov idarə edəcək.
Günün ikinci oyunu olan və “Palms Sports Arena”da baş tutmalı olan “Neftçi”-“Qarabağ” oyunu “Qarabağ”ın avrokuboklardakı matçı ilə əlqədar olaraq təxirə salınıb.
Turun son görüşləri bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpi Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Pələnglər”lə “Şirlər”in oyunu Rəşad Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı-göylər”in oyununu Əliyar Ağayev idarə edəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Günün və turun açılış matçında “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Turan Tovuz” Filpp Ozobiçin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Zirə”-1:0. Oyunun 19-cu dəqiqəsində Xorve Silva “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Zirə”-2:0. Görüşün ilk hissəsi “Turan Tovuz”un 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və matç 2:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
