
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldoya müraciət edib.
O, həmin müraciəti X sosial şəbəkəsində paylaşıb:
“Kristiano Ronaldo, sən ən böyüksən. Bizə Amerikada lazımsan. Tez əşyalarını yığ, bizə mümkün qədər tez lazımsan”.
Xatırladaq ki, fevral ayında Ronaldo klub rəhbərliyindən narazı olduğu üçün “Ən-Nəsr”in oyunlarını boykot edib. Futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən klubun idarə olunmasından narazıdır. KİV-in məlumatına görə, Ronaldo hesab edirdi ki, fond onun komandasına nəzarətində olan digər klublarla, xüsusilə “Əl-Hilal”la müqayisədə daha az diqqət və resurs ayırır. Daha sonra o, yenidən komandanın heyətinə qayıdıb.
//lent.az
