
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış görüşü çərçivəsində keçirilən “Qəbələ”-“Turan Tovuz” matçı başa çatdı. Matçda “Turan Tovuz” 3 xalı 3 cavabsız qolla qazandı-“Qəbələ”-“Turan Tovuz”-0:3
xxxxx
Oyunun 47-ci dəqiqəsində “Qəbələ”nin heyətindən Seydina Keyta avtoqolu ilə “Turan Tovuz”un üçüncü topuna imza atır-“Qəbələ”-“Turan Tovuz”-0:3
xxxx
“Qəbələ”-“Turan Tovuz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Turan Tovuz” 0:2 hesabı ilə irəlidədir.
xxxx
Oyunun 18-ci dəqiqəsində Filipp Azobiç “Turan Tovuz”un ikinci topuna imza atdı-“Qəbələ”-“Turan Tovuz”-0:2
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış bir görüş baş tutur.
XIV turun təxirə salınmış görüşü çərçivəsində “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Turan Tovuz” qəbul edir. “Qırmızı qarlar”la “boz qurd”un oyununu Cavid Cəlilov idarə edir. Artıq oyunun 9-cu dəqiqəsində “Turan Tovuz” Alexandro Serranonun qolu ilə hesabı açdı-“Qəbələ”-“”Turan Tovuz”-0:1
Qeyd edək ki,futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turə 6 Dekabr.2025-cildə star verilib. Açılış günündə bir qarşılaşma baş tutub.
Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-1:0. Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirib-“Zirə”-“Qarabağ”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Qarabağ”-1:1. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala qane olub-“Zirə”-“Qarabağ”-1:1.
Dekabrın 7-də bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Qarşılaşmanın ilk hissəsi başladığı hesabla bittib-“Karvan-Yevlax”-“Şamaxı”-0:0. Oyunun 59-cu dəqiqəsində “Şamaxı” Oruc Məmmədovun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:1. Oyunun 70-ci dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topua imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:2. Oyunun 82-ci dəqiqəsində Dioqo Balau “Şamaxı”nın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3. Bu oyunda vurulan son qol olub və “Şamaxı” matçda üç xalı üç cavabsız qolla qazanıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3.
Dünənə 8-də də bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sabah”-“Neftçi”-0:0. Oyunun 58-ci dəqiqəsində “Sabah” Akim Zedadkanın qolu ilə hesabı açıb-“Sabah”-“Neftçi”-1:0. Oyunun 70-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Neftçi”-2:0. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 2:0 qalib ayrıldı.
Dekabırın 9-da isə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Araz-Naxçıvan” Coşqun Diniyevin qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Kəpəz”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 64-cü dəqiqəsində Patrik Andrade “Araz-Naxçıvan”ın üçüncü topuna imza atıb-“Araz-Naxçıvan”-“Kəpəz”-2:0. Bu oyunda vurulan qol oldu və “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“İmişli”-0:0. Oyunun 82-ci dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb-“Sumqayıt”-“İmişli”-1:0. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” oyundan 1:0 qalib ayrıldı.
