• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

"Çal-çağır"la SOY Azərbaycan mədəniyyətinə ziyan vuranlardır"

26 Fevral, 26 / 15:14
A A
"Çal-çağır"la SOY Azərbaycan mədəniyyətinə ziyan vuranlardır"

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Müğənni və aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlamaları ilə gündəm olub.

o, efirdə yayımlanan bəzi verilişlərin, xüsusilə də “Çal-çağır” verilişinin Azərbaycan mədəniyyətinə ciddi ziyan vurduğunu iddia edib.

Sənətçi bildirib ki, məhz bu tip proqramlar müğənniləri hörmətdən salıb:

“Müğənniləri ‘hörmətsiz’ edən o verilişlər oldu. ‘Çal-çağır’da elə ssenarilər yazıldı ki…”

Kərəmoğlu aparıcı Elçin Əlibəyli haqqında da sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, verilişdə müğənni gəlməyəndə yerinə “balqabaq, kələm qoyulması” kimi addımlar sənət adamlarına qarşı hörmətsizlik olub.

“Bu insan zamanında mədəniyyətimizə xidmət edən insanları qarşı-qarşıya qoyub. Onların mədəniyyətə vurduğu ziyanı bundan sonra 100 il keçsə də heç kim qaldıra bilməyəcək”.

Aktyor əlavə edib ki, reytinq naminə sənət adamlarının nüfuzu zədələnib:

“Reytinq naminə etdilər. Nə qazandılar ki, hanı indi? Sənət adamlarını gözdən saldılar”.

Sərxan Kərəmoğlu həmçinin bildirib ki, arxayın edilib verilişə dəvət olunarkən efirdə işlədilən ifadəyə etiraz edib və həmin hissənin çıxarılmasını tələb edib:

“Aparıcı Elçin Əlibəyli müğənni efirə gəlməyəndə onun yerinə balqabaq, kələm qoyurdu. Bu insan zamanında mədəniyyətimizə xidmət edən adamları qarşı-qarşıya qoyub. Onların mədəniyyətə vurduğu ziyanı bundan sonra 100 il keçsə də, heç kim aradan qaldıra bilməyəcək.

Gözümün önündə ailələrə, övladlara nə göz yaşları, nə qarğışlar oldu. Bütün bunlar reytinq naminə edilirdi. Nə qazandılar ki? İndi nəticəsi haradadır? Sənət adamlarını gözdən saldılar.

Elçin Əlibəyli məni təkidlə verilişinə dəvət etmişdi. Orada efirə getməməli olan nalayiq ifadə işlədildi. Dedim ki, həmin hissəni çıxarın, bu mənə qarşı zərbədir. Mən kiçik vəzifədə çalışan biri deyildim. Onun xisləti budur – çoxları da ondan narazıdır. Məncə, bu cür yanaşma mədəniyyətimizə xələl gətirir.

Aparıcı istəsə, insanı rəzil də edə bilər, vəzir də”.

Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər sənətçinin fikirlərini dəstəkləsə də, digərləri məsələni fərqli prizmadan dəyərləndiriblər.

//milli.az

Previous Post

DİP üzvləri Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Ana harayı” abidəsini ziyarət ediblər

Next Post

Hava kəskin DƏYİŞİR - Yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.