
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Kanada Kubaya 8 milyon Kanada dolları, təxminən 5,8 milyon ABŞ dolları məbləğində humanitar yardım ayıracağını açıqlayıb. Nəzər.Media “habeler.com” saytına istinadən xəbər verir ki, vəsait həssas vəziyyətdə olan əhali üçün ərzaq və qida dəstəyinin artırılmasına yönəldiləcək.
Rəsmi Ottava bildirib ki, yardım Ümumdünya Ərzaq Proqramı və UNICEF ilə əməkdaşlıq çərçivəsində çatdırılacaq. Ölkədə yanacaq qıtlığı, uzunmüddətli elektrik kəsintiləri və ərzaq çatışmazlığı vəziyyəti daha da ağırlaşdırıb.
Kanada tərəfi qərarın müstəqil xarici siyasət prinsipləri əsasında verildiyini vurğulayıb.
//Nəzər.Media
