Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Sarı göylər”lə “kimyaçılar”ın görüşünü Rəşad Əhmədov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Kəpəz”in start heyəti:
33. Yusif İmanov
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
11. Rəhman Hacıyev
9. Luis Paçu
29. Dioqo Verdaska (C)
24. Olavale Onanuqa
12. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
10. Ryonosuke Ohori
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
23. Fərid Kələntərov
20. Elcan Əbilov
17. Ümid Səmədov
21. Sadiq Şəfiyev
99. Əli Səmədov
6. Camal Cəfərov
66. Arzu Atakişiyev
“Kəpəz”in baş məşqçisi: Azər Bağırov
“Sumqayıt”ın start heyəti
1. Mehdi Cənnətov(GK)
7. Rüstəm Əhmədzadə
29. Emil Mustafayev
8. Səbuhi Abdullazadə (C)
75. Nadir Orucov
10. Nikola Ninkoviç
72. Rayan Senhadji
6. Sedrik Badolo
33. Danilo Beskorovaynıy
71. Masaki Murata
80. Keffel Resende
“Sumqayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev(GK)
12. Murad Ağamalıyev
3. Höccət Haqverdi
95. Nsana Simon
21. Nihad Əhmədzadə
97. Vüsal Paşayev
11. Aleksa Yankoviç
24. Sənan Muradlı
37. Nihad Orucəli
25. Abdul Raşid Mumini
“Sumqayıt”ın baş məşqçisi:Saşa İliç
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Zirə”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “mavi qartallar”ın görüşünü Rauf Cabarov idarə edəcək.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadion”unda “Neftçi”ni qəbul edəcək. “Şirlər”lə “ağ-qaralar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Qırmızı qaralar”la Yevlax təmsilçisinin görüşünü Kamal Umudlu idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni qəbul edəcək. “Boz qord”la “pələnglər”in görüşünü Fərid Hacıyev idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Köhlən atlar”la “bayquşlar”ın görüşünü Tural Qurbanov idarə edəcək.
