
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Qırmızı qaralar”la Yevlax təmsilçisinin görüşünü Kamal Umudlu idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Qəbələ”nin start heyətləri:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
7. Turan Manafov
27. Eşqin Əhmədov
33. Seydina Keyta
50. Adriel Ba Loua
6. Xayme Syerra
8. Sambu Sissoko
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
93. Rza Cəfərov(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
21. Ziya Şəkərxanov
24. İsmael Akinade
12. İbrahim Sanqare
3. Eduardo Kunde
70. Paulo Quimbila
“Qəbələ”nin baş məşqçisi: Kaxaber Tsxadadze
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
32. Elvin Yunuszadə (C)
6. Vadim Abdullayev
16. Rauf Rüstəmli
5. Emin Rüstəmov
20. Coy Sleyd Mikels
2. Şakil Sno
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
21. İmani Barker
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
14. Uğur Cahangirov
17. Samir Abdullayev
8. Peter Kings
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın baş məşqçisi:Füzuli Məmmədov
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni qəbul edəcək. “Boz qord”la “pələnglər”in görüşünü Fərid Hacıyev idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Köhlən atlar”la “bayquşlar”ın görüşünü Tural Qurbanov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 2-ci dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Sumqayıt”-1:0. Oyunun 19-cu dəqiqəsində Luis Paçu “Kəpəz”in ikinci qoluna imza atıb-“Kəpəz”-“Sumqayıt”-2:0. Oyunun 40-cı dəqiqəsində Luis Paçu penatidən dubl edərək özünün ikinci və “Kəpəz”in üçüncü topuna imza atıb-“Kəpəz”-“Sumqayıt”-3:0. İlk hissə “Kəpəz”in 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” azlıqda qalıb. Komadanın heyətindən Nikola Ninkoviç ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Kəpəz”-“Sumqayıt”-3:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Kəpəz” 3 xalı 3 cavabsız qolla qazandı.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Zirə”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Zirə”-0:0. Oyuun 68-ci dəqiqəsində “Zirə” Ayron Qomisin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Zirə”-0:1. Bu oyunda vurulan son qol oldu və “Zirə” matçdan 0:1 qalib ayrıldı.
