• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Qarabağ"dan bərabərlik topu-YENİLƏNİB-6

01 Mart, 26 / 20:57
A A
"Qarabağ"dan bərabərlik topu-YENİLƏNİB-6

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən “Qarabağ”-“Sabah” oyunu başa çatdı. Gərgin keçən görüşdə tərəflər hərəyə 3 top vuraraq 1 xala qane oldular-“Qarabağ”-“Sabah”-3:3

xxxx

Oyunun 84-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın üçüncü topuna imza ataraq hesabı bərabərləşdirdir-“Qarabağ”-“Sabah”-3:3

xxx

Oyunun 78-ci dəqiqəsində Kevin Medina “Qarabağ”ın ikinci topuna imza ataraq hesabı minimuma endirdi-“Qarabağ”-“Sabah”-2:3

xxxx

Oyunun 73-cü dəqiqəsində “Qarabağ” Pedro Bikalyonun qolu ilə hesab arasındakı fərqi azaltdı-“Qarabağ”-“Sabah”-1:3

xxxx

Oyunun 60-cı dəqiqəsində Coy Lens Mikels “Sabah”ın üçüncü topuna imza atdı-“Qarabağ”-“Sabah”-0:3
xxx
Oyunun 54-cü dəqiqəsində Aron Maluda “Sabah”ın ikinci topuna imza atdı-“Qarabağ”-“Sabah”-0:2
xxxx
“Qarabağ”-“Sabah” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Sabah” 0:1 hesabı ilə irəlidədir.
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Sabah”ı qəbul edir. “Köhlən atlar”la “bayquşlar”ın görüşünü Tural Qurbanov idarə edir. Artıq oyunun 13-cü dəqiqəsində “Sabah” Xəyal Əliyevin qolu ilə hesabı açdı-“Qarabağ”-“Sabah”-0:1

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 2-ci dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Sumqayıt”-1:0. Oyunun 19-cu dəqiqəsində Luis Paçu “Kəpəz”in ikinci qoluna imza atıb-“Kəpəz”-“Sumqayıt”-2:0. Oyunun 40-cı dəqiqəsində Luis Paçu penatidən dubl edərək özünün ikinci və “Kəpəz”in üçüncü topuna imza atıb-“Kəpəz”-“Sumqayıt”-3:0. İlk hissə “Kəpəz”in 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” azlıqda qalıb. Komadanın heyətindən Nikola Ninkoviç ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Kəpəz”-“Sumqayıt”-3:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Kəpəz” 3 xalı 3 cavabsız qolla qazandı.

Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Zirə”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Zirə”-0:0. Oyuun 68-ci dəqiqəsində “Zirə” Ayron Qomisin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Zirə”-0:1. Bu oyunda vurulan son qol oldu və “Zirə” matçdan 0:1 qalib ayrıldı.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadion”unda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissə başladığı hesabla bitti-“Şamaxı”-“Neftçi”-0:0. Oyunun 60-cı dəqiqəsində “Neftçi” Vensan Abubakar qolu ilə hesabı açıb-“Şamaxı”-“Neftçi”-0:1. Oyunun 75-ci dəqiqəsində Sezar Enrike “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Neftçi”-1:1. Oyunun 90+1-ci dəqiqəsində dub edərək özünün və “Neftçi”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Neftçi”-1:2. Oyunun 90+8-ci Karim Rossi “Şamaxı”nın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Şamaxı”-“Neftçi”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənək bir xala qane olublar-“Şamaxı”-“Neftçi”-1:1.

Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 26-cı dəqiqəsində “Karvan-Yevlax” İmani Barkerin qolu ilə hesabı açıb-“Qəbələ”-“Karvan-Yevlax”-0:1. İlk hissə “Karvan-Yevlax”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 36-cı dəqiqəsində Seydina Keyta “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“Karvan-Yevlax”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə baş çatıb- Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu və beləcə tərəflər hərəyə bir qol vuraraq bir xala qane oldular-“Qəbələ”-“Karvan-Yevlax”-1:1.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsindən tərəflərdən heç biri fərqlənə bilməyib-“Turan-Tovuz”-“İmişli”-0:0. Oyunun ikinci hissəsində qol olmayıb və görüş başladığı hesabla bitib-“Turan-Tovuz”-“İmişli”-0:0

 

Previous Post

Xameneinin meyitinin FOTOsu

Next Post

Tramp: İranın 48 lideri öldürülüb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.