
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas köməkçisi Valerio Zuddasın etdiyi qeyri-etik jestdən sonra “Qarabağ”la matç zamanı yaranan gərginliyi müzakirə edib.
Nəzər.Media qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda oyundan sonra keçirilən mətbuat konfransında danışıb.
– Köməkçiniz Azərbaycan futbolunun əfsanələrindən biri Müşfiq Hüseynova qeyri-etik jest etdi. Onu cəzalandıracaqsınız?
– Əlbəttə. Biz orada qarşı tərəfdən üzr istədik. Mən o epizodu görməmişdim. Çünki oyuna köklənmişdim. Amma sonra gördüm dava düşüb. Biz “Sabah” olaraq bu cür hərəkətlərə qarşıyıq.
