Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Vanda baş verib.
Qəza zamanı minik avtomobili və mikroavtobus toqquşub. Zərbənin nəticəsində mikroavtobus yol kənarına aşıb. Hadisə zamanı 14 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
