• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 İyul, 25 / 13:37
A A
İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

23 iyul 2025-ci il tarixində İtaliyanın Roma şəhərində Qlobal menecment və siyasət üzrə ikili diplom magistr proqramının ilk buraxılışı qeyd olunub.
Bu magistr proqramı İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti və ADA Universiteti tərəfindən birgə tədris olunur. Məzunlar iki il ərzində Bakıda və Romada təhsil alaraq hər iki universitetin diplomunu əldə edirlər.
Məzun günü, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində təşkil olunub. Səfər zamanı, ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti ilə əməkdaşlığının gedişatı müzakirə edilmişdir. Bundan əlavə, Qlobal menecment və siyasət üzrə ikili diplom magistr proqramının növbəti dövrdə davam etdirilməsi üçün yeni saziş imzalanmışdır.
Səfər Luiss Universitetinin Viale Romania kampusunda, universitetin beynəlmiləlləşmə üzrə prorektoru Antonio Mayokkinin ev sahibliyi ilə keçirilən ziyafətlə yekunlaşıb. Tədbirdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Rəşad Aslanov və Müqəddəs Taxt-Tacda səfiri İlqar Muxtarov da iştirak ediblər.
Hazırda ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində səkkiz bakalavr və iki magistr ixtisası tədris olunur. Bu ixtisaslardan üçü ikili diplom proqramıdır. Həmin proqramlar İtaliyanın beş aparıcı universiteti ilə əməkdaşlıq sazişləri əsasında həyata keçirilir.

 

Previous Post

Təyyarə hava bulanığına düşdü: 25 yaralı

Next Post

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.