Bu gün təmsilçilərimiz UEFA Avropa Konfrans Liqasında mübarizəyə start verəcək. Təmsilçilərimizdən “Sabah” “Bank Respublika Arena”da Moldovanın “Petrokub” komandasını qəbul edəcək. Səfərdə 0:2 qalib gələn “bayquşlar” bu oyunda da nəticəni qorumağa çalışacaq. “Petrokub” isə oyunda möcüzə axrarışında olacaq.Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Danilo Nikoliç olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Milan Sutoloviç və İvan Mikalçki kömək edəcək. Oyunda dördüncü hakim funksiyasını İvan Stamenkoviç yerinə yetirəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur:
“SABAH”ımızın start heyəti:
92.Stat Potokilov(GK)
3.Stiv Solvet
7.Boyan Letiç
10.Anatoli Nuriyev
13.İvan Lepiniç
18.Pavol Savranko(C)
20.Coy Lens Mikels
22.Zineddin Ould Xalid
40.Yeqor Noquera
70.Cessi Sekidika
80.Akim Zededka
“SABAH”ımızın ehtiyat oyunçuları:
55.Nicat Mehbalıyev(GK)
72.Rustam Samuqulin(GK)
2.Amil Seydiyev
5.Rəhman Daşdəmirov
6.Abdullah Xaybullayev
8.Ayaz Quliyev
11.Kahim Parris
17.Tellur Mütəlimov
33.Umarali Rahmanaliyev
53.Andrey Viktor
88.Xəyal Əliyev
99.Njeqoş Kupusoviç
“SABAH”ımızın baş məşqşisi: Valdas Dambrauskas
“Petrokub”un start heyəti:
1.Silviu Smalena(GK)
11.Sergiu Platiça
13.Maksim Koyasaru
15.Petru Popesku
19.Nikolae Rotaru
23.Mihai Lupon
39.Teador Lunqu
44.Cessi Djou
66.İon Bors
79.Viktor Boqosius
99.İon Jordan(C)
“Petrokub”un ehtiyat oyunçuları:
31.Viktor Dodon(GK)
32.Dimitru Koval(GK)
3.Katalin Kusos
7.Dan Sptaru
8.Dimitru Demian
17.Kristan Paskaluta
21.Maksim Potrinc
24.Sedrik Ngah
27.Vadim Dijinari
37.Dan Puşkaş
“Petrokub”un baş məşqçisi:Şota Makaradze
Qeyd edək ki, “Sabah” Avrokuboklara UEFA Avropa Liqasının I təsnifat mərhələsindən qoşulub.
İlk olaraq iyulun 10-da Bakıda Mazasırda UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Bank Respublika Arena”da Sloveniyanın “Çelye” klubunu qəbul edib. Artıq oyunun 3-cü dəqiqəsində “Sabah” Pavol Şafrankonun qolu ilə hesabı açıb-“Sabah”-“Çelye”-1:0. Ancaq “bayquşlar”ın sevinci 4 dəqiqə çəkib. Oyunun 7-ci dəqiqəsində Franko Kovaçeviç “Çelye”nin bərabərlik topuna imza atıb-“Sabah”-“Çelye”-1:1. Oyunun 18-ci dəqiqəsində Pavol Şafranko penaltidən dubla imza ataraq özünün “Sabah”ın ikinci topuna imza ataraq komandamızı yenidən hesabda önə keçirib-“Sabah”-“Çelye”-2:1. İlk hissə təmsilçimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Franko Kovaçeviç dubla edərək özünün və komandasnın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sabah”-“Çelye”-2:2. Oyunun 90+3-cü dəqiqəsində Darko Hrka “Çelye”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Sabah”-“Çelye”-2:3. Bu oyunda vurulan son qol olub və “Sabah” Bakıda ilk oyunda məğlub olub.
İyulun 17-də “Sabah” səfərdə “Çelye” Stadionunda “Çelye”nin qonağı olub. Artıq oyunun 9-cu dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Çelye”-“Sabah”-0:1(3:3). Oyunun 19-cu dəqiqəsində Franko Kovaçeviç penaltidən “Çelye”nin bərabərlik topuna imza atıb-“Celye”-“Sabah”-1:1(4:3). İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sabah”-“Çelye”-1:1(4:3). Oyunun 49-cu dəqiqəsində Damiyan Vukliseviç “Çelye”nin ikinci topuna imza ataraq komandasını bu oyunda həm irəli çıxatdı, həmdə komandasının üstünlüyünü bir qədər də artırdı-“Çelye”-“Sabah”-2:1(5:3). Oyunun 63-cü dəqiqəsində Coy Lens Mikles dubl edərək “Sabah”ın ikinci topuna imza ataraq ümumu hesab arasındakı fərqi azaltdı-“Çelye”-“Sabah”-2:2(5:4). Oyunun 64-cü dəqiqəsində isə Coy Lens Mikle xett-trik edərək özünün və komandasını üçüncü topuna imza ataraq “Sabah”ı bu oyunda hesabda irəli çıxardı və ümumi hesabı bərabərləşdirdi-“Çelye”-“Sabah”-2:3(5:5). Oyunun 90-dəqiqəsi ərzində tərəflərdə heç biri fərqlənə bilməyib. Beləcə növbəti mərhələnin qalibini müəyyənləşdirmək üçün tərəflər daha 120 dəqiqə mübarizə aparmalı olub-“Çelye”-“Sabah”-2:e(5:5). İlk 15-dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib-“Çelye”-“Sabah”-2:3(5:5). Oyunun 108-ci dəqiqəsində Nikita İosifov “Celye”nin üçüncü topuna imza ataraq hesabı bərabərləşdirdi və ümumi hesabda komdasını irəli çıxatdı-“Çelye”-“Sabah”-3:3(6:5). Bu oyunda vurulan son qol oldu və “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə dayandırdı. “Çelye”-“Sabah”-3:3(6:5).
İyulun 24-də “Sabah” səfərdə UEFA Avropa Konfrasn Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Kişnyovun “Zimbru” stadionunda Moldovanın “Petrokub” klubunun qonağı olub. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Petrokub”-“Sabah”-0:0.Oyunun 82-ci dəqiqəsində “Sabah” Pavol Savrankonun qolu ilə hesabı açıb-“Petrokub”-“Sabah”-0:1. Oyunun 90-cı dəqiqəsində Kahim Parris “Sabah”ın ikinci topuna imza atdı-“Petrokub”-“Sabah”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 0:2 qalib ayrıldı.
