
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Şirlər”lə “pələnglər”in oyununu Vüqar Həsənli idarə edəcəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes (GK)(C)
2. Abdulla Rzayev
82. Rüfət Abbasov
7. Edqar Adilxanov
9. Karim Rossi
10. Andrey Tirkoveanu
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
97. Oruc Məmmədov
48. Ramiz Muradov
77. Nihat Mehralıyev
90. Davud Mənsumov
11. Dioqo Balau
19. Abdullahi Şuaybu
“Şamax”nın baş məşqçisi:Ayxan Abbasov
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
5. İdris İnqilablı
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
21. Abbas Ağazadə
97. Xəzər Mahmudov
44. Həzrət İsayev
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
20. Nazim Hüseynov
79. Dioqo Kardozu
“İmişli”nin baş məşqçisi: Jorj Kaşkilya
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Köhlən atlar”la Muxtar Respublika təmsilçisinin görüşünü Rəşad Əhmədov idarə edəcək.
Turun digər görüşləri Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Zirə” qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Mavi qartallar”la “sarı-göylər”in görüşünü Kamal Umudlu idarə edəcək.
Günün ikinci qarşılaşmasında isə “Neftçi” “Palms Sports Arena” “Turan Tovuz”u qəbul edəcək. “Ağ-qaralar”la “Boz qurd”un görüşünü Əliyar Ağayev idarə edəcək
Turun sonuncu görüşü Çərşənbə axşamı günü keçiriləcək.
Günün və turun sonuncu görüşündə “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar”la “Qırmızı-qaralar”ın görüşünü İnqilab Məmmədov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turuna dünən start verilib. Açılış görüşündə bir qarşılaşma baş tutub.
Günün yeganə və turun açılış qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Sumqayıt”-0:0. Oyunun 51-ci dəqiqəsində “Sumqayıt” Səbuhi Abdullazadənin penaltidən qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1. Oyunun 90+4-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənmələ bir xala qane oldular-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1.
