
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsindən keçirilən “Şamaxı”-“İmişli” görüşü başa çatdı. Gərgin keçən matç başladığı hesabla bitti-“Şamaxı”-“İmişli”-1:1
xxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edir. “Şirlər”lə “pələnglər”in oyununu Vüqar Həsənli idarə edir. Artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflər heç biri fərqlənə bilməyib-“Şamaxı”-“İmişli”-0:0
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Köhlən atlar”la Muxtar Respublika təmsilçisinin görüşünü Rəşad Əhmədov idarə edir.
Turun digər görüşləri Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Zirə” qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Mavi qartallar”la “sarı-göylər”in görüşünü Kamal Umudlu idarə edəcək.
Günün ikinci qarşılaşmasında isə “Neftçi” “Palms Sports Arena” “Turan Tovuz”u qəbul edəcək. “Ağ-qaralar”la “Boz qurd”un görüşünü Əliyar Ağayev idarə edəcək
Turun sonuncu görüşü Çərşənbə axşamı günü keçiriləcək.
Günün və turun sonuncu görüşündə “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar”la “Qırmızı-qaralar”ın görüşünü İnqilab Məmmədov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turuna dünən start verilib. Açılış görüşündə bir qarşılaşma baş tutub.
Günün yeganə və turun açılış qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Sumqayıt”-0:0. Oyunun 51-ci dəqiqəsində “Sumqayıt” Səbuhi Abdullazadənin penaltidən qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1. Oyunun 90+4-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənmələ bir xala qane oldular-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1.
