• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya ÇATDI

31 İyul, 25 / 22:20
A A
Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya ÇATDI

Son zamanlar Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində artıq yalnız çay süfrəsi ilə kifayətlənmək tövsiyə olunur.

Qeyd edək ki, bu qərar rəsmi məcburiyyət deyil, tövsiyə xarakteri daşıyır. Cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanmasına baxmayaraq, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə və mənəvi dəyərlərə uyğun şəkildə keçirməkdir.

Yaxın gələcəkdə bu praktika digər rayonlara da tətbiq ediləcəyi gözlənilir.

Ancaq hələ də paytaxt Bakıda yas mərasimlərində yemək verilməsinin dayandırılması ilə bağlı xəbərlərə rast gəlinmir. Rayonlardan sonra oxşar qaydanın Bakıda da qüvvəyə minəcəyi bildirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, bu, çox doğru və vaxtında verilmiş bir qərardır.

O qeyd edib ki, artıq bir sıra bölgələrdə genişmiqyaslı ehsan mərasimlərinin qarşısı alınıb. Rayon və kəndlərdə ağsaqqalların iştirakı ilə aparılan məsləhətləşmələr nəticəsində belə qənaətə gəlinib ki, yasda təmtərağa ehtiyac yoxdur.

“Bu tendensiyanı tam dəstəkləyirəm. Ancaq təəssüflər olsun ki, hələ də Bakı şəhərində köhnə vərdişlər davam edir. Elə vaxtlar olub ki, yas mərasimlərində süfrəyə bahalı siqaretlər düzülürdü. Bu da özlüyündə yanlış bir yanaşmadır. Bəzən dünyasını dəyişən şəxsin yaxınları təlaş içində qalırlar, dəfn işlərini həyata keçirsinlər, yoxsa ehsan süfrəsi üçün ət, düyü, yağ və digər ərzaq məhsulları alsınlar?”.

Deputat qeyd edib ki, burada Türkiyə nümunəsi bizim üçün yaxşı bir örnək ola bilər.

“Qardaş Türkiyədə əsasən yasda iştirak edən yaxın qohum və qonşulara ehsan verilsə də, amma genişmiqyaslı ehsan süfrələri təşkil olunmur. Mən düşünürəm ki, bizdə də bu ənənə mərhələli şəkildə aradan qaldırılmalıdır”.

E.Musayev onu da diqqətə çatdırıb ki, eyni zamanda toy mərasimlərində də həddindən artıq bədxərc hallar müşahidə olunur:

“Bu da bir növ israfçılıq və özünü göstərmək məqsədi daşıyır. Halbuki toy, evlənən gənclərə xoşbəxtlik arzulamaq, onlara dəstək vermək üçün təşkil olunur. Əgər nəsə vermək lazımdırsa, bu birbaşa gənclərin özünə verilməlidir, yoxsa dəbdəbəli məclislərə yox”,-deyə deputat vurğulayıb.

Sonda millət vəkili bildirib ki, həm yas, həm də toy mərasimlərində sadəlik, mənəvi dəyərlərə önəm vermək və israfdan qaçmaq daha məqsədəuyğundur.

//milli.az

Previous Post

Yük maşını ilə evakuator toqquşdu - yaralılar var

Next Post

"ChatGPT"dən YENİLİK

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.