
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı 25-29 may tarixlərində Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq. Seminara FIVB-nin məşqçi-instruktoru, professor türkiyəli Cengiz Akarçeşme rəhbərlik edəcək.
FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, Level-1 kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları ilə tələblərə cavab verməlidirlər.
Tələblər:
•Yerli federasiyanın məşqçi sertifikatı
•Aktiv məşqçilik təcrübəsi
•Şəkilli CV
•Yerli federasiyadan təqdimat məktubu
•Pasportun surəti
Xahiş olunur ki, bütün sənədlər 15 aprel 2026-cı il tarixinədək qeyd olunan e-mail ünvanına göndərilsin – nargiza.ismayilova@gmail.com.
Qeydiyyat üçün FIVB qeydiyyat formasını (C-C3) doldurmaq lazımdır: Sözügedən forma yerli federasiya tərəfindən təstiq edilməlidir.
https://docs.google.com/spreadsheets/d/1uRShsHXyqsOUeOvYEwLpFaIMuagIhj89/edit?usp=sharing&ouid=102728953632491317193&rtpof=true&sd=true
Əlaqə nömrəsi: +994 77 575 08 69.
