
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə Yexlax təmsilçisinin görüşünü Kamranbəy Rəhimov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Araz-Naxçıvan” start heyəti:
94. Tərlan Əhmədli(GK)
3. Bəxtiyar Həsənalızadə (C)
5. Slavik Alxasov
8. Coşqun Diniyev
4. Rahil Məmmədov
6. Patrik Andrade
17. İssuf Paro
23. Nuno Rodriqes
10. Felipe Santos
11. Ba-Muaka Simakala
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
12. Kristian Avram(GK)
14. Ülvi İsgəndərov
86. İbrahim Piriyev
33. Elmir Cəfərov
16. Ramon Maçado
7. Hamidu Keyta
77. Bruno Franko
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Andrey Demçenko
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
32. Elvin Yunuszadə (C)
6. Vadim Abdullayev
16. Rauf Rüstəmli
5. Emin Rüstəmov
20. Coy Sleyd Mikels
2. Şakil Sno
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
21. İmani Barker
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
7. Araz Abdullayev
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
14. Uğur Cahangirov
17. Samir Abdullayev
8. Peter Kings
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın baş məşqçisi: Füzuli Məmmədov
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Kimyaçılar”la “şirlər”in görüşünü Cavid Cəlilov idarə edəcək.
Turun digər görüşləri şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Pələnglər”lə “bayquş”ların görüşünü Rauf Cabarov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Mavi qartallar”la “köhlən atlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq.Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Sarı-göylərlə” “boz qurdu”un qarşılaşmasını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralarla” “Ağ-qaralar”ın görüşünü Elçin Məsiyev idarə edəcək.
