
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Sumqayıt”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən matç 0:1 “Sumqayıt”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 78-ci dəqiqəsində “Şamaxı” Karrim Rossinin qolu ilə hesabı açdı-“Sumqayıt”-“Şamaxı”-0:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Kimyaçılar”la “şirlər”in görüşünü Cavid Cəlilov idarə edir.Artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilmədi-“Sumqayıt”-“Şamaxı”-0:0
Turun digər görüşləri şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Pələnglər”lə “bayquş”ların görüşünü Rauf Cabarov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Mavi qartallar”la “köhlən atlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq.Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Sarı-göylərlə” “boz qurdu”un qarşılaşmasını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralarla” “Ağ-qaralar”ın görüşününi Elçin Məsiyev idarə edəcək.
Bu gün bir görüş baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 37-ci dəqiqəsində “Araz-Naxçıvan” Hamidu Keytanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-1:0. Oyunun 40-cı dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:0. İlk hissə “Araz-Naxçıvan”ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 51-ci dəqiqəsində Kayl Spens qolu ilə “Araz-Naxçıvan” hesab arasındakı fərqi azaldıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:1. Gərgin keçən matç 2:1 “Araz-Naxçıvan”ın xeyrinə başa çatdı.
