
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Pakistan və Əfqanıstan sərhədində baş verən toqquşmalar zamanı 4 mülki şəxs həlak olub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Kabulda yayımlanan Tolo News kanalına açıqlama verən Əfqanıstan rəsmisi Həmdullah Fitrat məlumat verib.
Onun sözlərinə görə, Əfqanıstanın Xost bölgəsində baş verən insidentdə daha 3 nəfər yaralanıb.
Gərginlik Pakistanın fevralda sərhəd boyunca “terror düşərgəsi” adlandırdığı bəzi hədəflərə zərbə endirməsindən sonra artıb. Əfqanıstan tərəfi də cavab hücumları həyata keçirib və qarşılıqlı zərbələr davam edib. BMT-nin məlumatına görə, döyüşlər nəticəsində Əfqanıstanda təxminən 66 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.
//Nəzər.Media
