Qabonun ulduz futbolçusu Piyer-Emerik Obemeyanq yenidən “Marcel”ə geri dönür. Nəzər.Media Türkiyənin “Sporx” saytına istinadən xəbər verir ki, 2023-2024-cü ildə “Marsel” formasını geyinən Obemeyanqın yenidən kluba qayıtması böyük marağa səbəb olub.
Klubdan verilən rəsmi açıqlamada Obemeyanqın transferi təsdiqlənib.
Qeyd edək ki, Obemeyanq “Marsel”də oynadığı müddətdə 50 oyunda 30 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. 36 yaşlı hücumçu karyerası boyunca “Borussiya Dortmund”, “Arsenal”, “Barselona” və “Çelsi” kimi Avropanın nüfuzlu klublarında forma geyib.
//Nəzər.Media
