• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan birinciliyinə yekun vurulub

15 Mart, 26 / 20:55
A A
Azərbaycan birinciliyinə yekun vurulub

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

16 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Bu gün GİN-in Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda qarşılaşmalar keçirilb.
Oğlanlar arasında üçüncü yer uğrunda oyunda “Embawood” komandası “Oğuz RVK”nı 3:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızların mübarizəsində isə “Milli Aviasiya Akademiyası” komandası “Xarı Bülbül-3” klubuna 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.
Qızların final qarşılaşmasında “AZERRAIL” komandası “Şərqi Zəngəzur RVK”nı 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Bakı RVK” komandası “Sumqayıt RVK”nı 3:2 hesabı ilə üstələyərək çempionluğa yiyələnib.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov iştirakçıları və tamaşaçıları salamlayıb, qalibləri təbrik edib. O, yarışların maraqlı və gərgin mübarizə şəraitində keçdiyini qeyd edərək gənc idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, “Sumqayıt” VK-nın prezidenti Tariyel Alverdiyev, “AZERRAIL” VK-nın prezidenti Ramil Əzizov, “Şərqi Zəngəzur RVK”nın direktoru Elmira Ağakişiyeva və “Bakı RVK”nın direktoru Əjdər Cəfərov təqdim ediblər.
Beləliklə, qızların yarışında “AZERRAIL” komandası qızıl medal və kuboka layiq görülüb. “Şərqi Zəngəzur RVK” gümüş, “Milli Aviasiya Akademiyası” isə bürünc medal qazanıb.
Oğlanların yarışında isə “Bakı RVK” komandası qızıl medal və kuboka sahib olub. “Sumqayıt RVK” gümüş, “Embawood” komandası isə bürünc medal əldə edib.
Sonda qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.
Azərbaycan birinciliyi (U-16)
15 mart
Qızlar
III YER
“Milli Aviasiya Akademiyası” – “Xarı Bülbül-3” 3:1 (25:19, 27:29, 25:9, 25:14)
Final
“AZERRAIL” – “Şərqi Zəngəzur RVK” 3:0 (25:13, 25:16, 25:23)

I yer – “AZERRAIL”
II yer – “Şərqi Zəngəzur RVK”
III yer – “Milli Aviasiya Akademiyası”
Oğlanlar
III YER
“Oğuz RVK” – “Embawood” 2:3 (11:25, 23:25, 25:23, 25:20, 6:15)
Final
“Bakı RVK” – “Sumqayıt RVK” 3:2 (20:25, 18:25, 25:22, 25:22, 15:11)

I yer – “Bakı RVK”
II yer – “Sumqayıt RVK”
III yer – “Embawood”

Previous Post

Azərbaycan Premyer Liqası XXIV TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Next Post

Azərbaycan çempionatına yekun vurulub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.