• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

01 Avqust, 25 / 11:49
A A
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

CineMastercard Milli Kino gününü qeyd etməyə dəvət edir — Azərbaycan filmləri xüsusi qiymətlə!

Bakı, 1 avqust: 2 avqust — Milli Kino Günü münasibətilə CineMastercard kinoteatrında xüsusi təklif olacaq: bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə! Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir.

Aksiya yalnız bir gün — 2 avqust 2025-ci il tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir.

Proqramda:

“Tağıyev: Çar” — Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün əhəmiyyətli hadisəyə çevrilib.
Rejissor: Zaur Qasımlı.
Rollarda: Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Rasim Cəfərov, Elşən Rüstəmov, Natəvan Hacıyeva, Sanan Əlləz.

“Qapı” — Yeni həyat uğrunda oğurluq etməyə qərar verən üç qohum haqqında maraqlı kriminal tragikomediya. Hər şey planlaşdırıldığı kimi getmir və onlar gərgin psixoloji mübarizənin başladığı bir evdə tələyə düşürlər.
Rejissor: Vüsal Əhmədzadə.
Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev və İlkin Xəlil.

“Apatiya 2” — Anasını axtarmaq üçün uşaq evindən qaçan Akifin dramatik hekayəsi. Yolda o, cəmiyyətin biganəliyi və sərt reallıqla üzləşir. Film mühüm sosial və mənəvi məsələləri gündəmə gətirir.
Rejissor: Hikmət Rəhimov.
Rollarda: Tural Baxış, Şəhla Əligızı və Fuad Cabiyev.

“CineMastercard” kinoteatrı tamaşaçıları Azərbaycan kinosundan zövq almağa və milli kinematoqrafiyanın gücünü hiss etməyə dəvət edir.

 

Previous Post

Təcili yardım maşını qəzaya düşdü - Ölən və yaralananlar var - VİDEO

Next Post

"Bakı Dialoqları" jurnalının 2025-ci il yay buraxılışı dərc olunub-FOTO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.