• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Shuttle Time" layihəsi çərçivəsində gənc məşqçi və hakimlər hazırlamaq məqsədi ilə təlimlər keçirilib

18 Mart, 26 / 23:41
A A
"Shuttle Time" layihəsi çərçivəsində gənc məşqçi və hakimlər hazırlamaq məqsədi ilə təlimlər keçirilib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Şirvan şəhərində Dünya Badminton Federasiyasının (BWF) “Shuttle Time” layihəsi çərçivəsində məktəblilər arasında badmintonun kütləviliyini artırmaq, gənc məşqçi və hakimlər hazırlamaq məqsədi ilə təlimlər keçirilib.

Proqram çərçivəsində regional müəllimlər üçün “Shuttle Time Teachers” kursları təşkil olunaraq, badmintonun şagirdlərə öyrədilməsi üzrə praktiki məşğələlər təşkil edilib. Azərbaycan Badminton Federasiyası tərərfindən təyin edilmiş mütəxəssilər tərəfindən həyata keçirilən təlim Təhsil Respublika İdman Mərkəzinin Şirvan Şəhəri Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutub.

Məktəblilər təlim çərçivəsində badmintonla yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələniblər.
BWF tərəfindən hazırlanmış, dünyanın ən yaxşı badminton layihələri sırasına daxil edilmiş, əyləncəli oyun əsaslı təlim sistemi uşaqların fiziki bacarıqlarını (sürət, çeviklik, koordinasiya) inkişaf etdirir, dözümlülüyü artırır.

Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaqla yanaşı əlçatanlığını təmin etmək, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Proqramın cari ildə müxtəlif regionlarda keçirilməsi, bununla da badmintonun ölkə üzrə coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Cari ildə “Shuttle Time” proqramının icrasına ilk olaraq Gəncədə yerləşən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə icrasına başlanılıb.

Layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Previous Post

“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib

Next Post

Ramazan ayının 29-cu gününün duası - İmsak və iftar vaxtı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.