
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Neftçi”-“İmişli” oyunu başa çatdı. Matç 6:0 “Neftçi”nin xeyrinə başa çatdı
xxxx
Oyunun 60-cı dəqiqəsində Emil Səfərov “Neftçi”nin altıncı topuna imza atdı-“Neftçi”-“İmişli”-6:0
Oyunun 54-cü dəqiqəsində Emin Mahmudov “Neftçi”nin beşinci topuna imza atdı-“Neftçi”-“İmişli”-5:0
xxx
Oyunun 50-ci dəqiqəsində İmad Faraj dubl edərək özünün ikinci “Neftçi”nin dördüncü topuna imza atdı-“Neftçi”-“İmişli”-4:0
xxxx
“Neftçi”-“İmişli” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Neftçi” 3:0 irəlidədir.
xxxx
Oyunun 19-cu dəqiqəsində Emil Səfərov “Neftçi”nin üçüncü topuna imza atdı-“Neftçi”-“İmişli”-3:0
xxx
Oyunun 15-ci dəqiqəsində İmad Faraj “Neftçi”nin ikinci topuna imza atdı-“Neftçi”-“İmişli”-2:0
xxxx
Çərşənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasının XXV tura start verilib. PFL bu günə iki qarşılaşma baş verib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “İmişli”ni qəbul edir. “Ağ-qaralar”la “Pələnglər”in görüşünü Tural Qurbanov idarə edir. Artıq 12-ci dəqiqəsində “Neftçi” Breno Almeydanın qolu ilə hesabı açdı-“Neftçi”-“İmişli”-1:0
Turun son görüşü Şənbə günü baş tutacaq.
Günün yeganə və turun sonuncu görüşündə “Turan Tovuz” “Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Boz qurd”la “qırmızı-qarlar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna dünən start verilib. PFL açılış gününə bir qarşılaşma təyin.
Turun ilk və günün yeganə qarşılaşmasında “Şamaxı” “Şamaxı şəhər stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Şamaxı”-0:0. Oyunun 56-cı dəqiqəsində “Araz-Naxçıvan” “Şamaxı”nın heyətindən Vladislav Veremeyev avtoqolu ilə hesabı açıb-“Şamaxı”-“Araz-Naxçıvan”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Araz-Naxçıvan” matçdan 0:1 qalib ayrıldı.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-0:1. Oyunun 79-cu dəqiqəsində “Zirə” Anatoli Nuriyevin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Zirə” matçdan 0:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “Sabah” Kahim Parrisin qolu ilə hesabı açıb-“Sabah”-“Sumqayıt”-1:0. İlk hissə “Sabah”ın 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 49-cu dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Sumqayıt”-2:0. Oyunun 71-ci dəqiqəsində Velko Simiç “Sabah”ın üçüncü topuna imza atdı-“Sabah”-“Sumqayıt”-3:0. Oyunun 90+2-ci dəqiqəsində “Sumqayıt” Nsana Simonun qolu ilə hesab arasındakı fərqi azaltdı-“Sabah”-“Sumqayıt”-3:1. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan qalib ayrıldı.
Bu gün bir qarşlaşma baş tutub.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “Kəpəz” Fərid Nəbiyevin qolu ilə hesabı açıb-“Kəpəz”-“Qarabağ”-1:0. İlk hissə “Kəpəz”in 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Kəpəz”-“Qarabağ”-1:0.
