Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.
O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.
