Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəza zamanı sərxoş sürücünün idarə etdiyi içində avtomobil polis əməkdaşının olduğu digər avtomobillə toqquşub. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralananlardan biri polis əməkdaşıdır. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza səbəb olan şəxs saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
