Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Elazığda baş verib.
Hadisə zamanı iki avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri aşıb. Qəza zamanı 7 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
