İngiltərənin “Çelsi” klubu yeni mövsümə hazırlıqlarını davam etdirir. Nəzər.Media Türkiyənin “Sporx” saytına istinadən xəbər verir ki, “zadəganlar” heyətinə yeni futbolçu əlavə edib.
London təmsilçisi “Ayaks”da forma geyinən Jorrel Hatonu heyətinə qatıb. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. İngiltərə mətbuatının məlumatına görə son dünya çempionları transferin baş tutması üçün 43 milyon avro xəricləyib.
“Ayaks”ın aşağı yaş qruplarında yetişən Hato əsas komandanın heyətində 111 oyunda 4 qolla yadda qalıb.
//Nəzər.Media
