Türkiyədə yanğın hadisəsi baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Yanğın avtomobillərin rəngləndiyi sexdə baş verib. Yanğın zamanı xəsarət alan olmasa da sexdə olan iki avtomobilə ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
