Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Antaliyada baş verib.
Hadisə zamanı minik avtomobili və TIR toqquşub. Qəza zamanı minik avtomobildə olan azyaşlı körpə həyatını itirib. Qəza ailənin digər 3 üzvünün yaralanmasına səbəb olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
