• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

"Şadam ki, Hüseyn dünyasını dəyişmədən BARIŞDIQ"

03 Aprel, 26 / 17:17
A A
"Şadam ki, Hüseyn dünyasını dəyişmədən BARIŞDIQ"

Prodüser və aparıcı İdris Cəfərov maraqlı etirafları ilə gündəmə gəlib.

O, mərhum reper Hüseyn Dərya ilə yaşadığı münasibətlərdən və sonradan barışmalarından danışıb. İdris bildirib ki, gənc yaşlarında verdiyi qərarlardan biri sonradan ona səhv kimi görünüb:

“Səmimiyyətimlə deyirəm ki, onu vaxtilə televiziyada qara siyahıya saldırmışdım. Bəlkə də səhvim idi, demirəm ki, düz etmişəm. O zaman 19 yaşım var idi. Televiziyada işləyəndə 10-20 dəfə daha çox pul qazanırdım, qazancın 20 faizi mənim olurdu. Yeni il gecələri 1000-1500 dollar qazanırdım, konsertlərdən gəlirim var idi. Sonra bir anda cığallıq başladı və gəlirlər olmadı”.

Cəfərov vurğulayıb ki, zaman keçdikcə baş verənlərə daha obyektiv yanaşmağa başlayıb və münasibətləri düzəltmək qərarına gəlib:

“Belə bir fəlsəfə var ki, iki nəfər arasında konflikt olanda hər ikisinin günahı olur. Ola bilər ki, bir tərəf daha çox günahkar olsun. Hüseynə Allah rəhmət eləsin, çox şadam ki, dünyasını dəyişməmişdən əvvəl barışdıq”.

Prodüser qeyd edib ki, barışdıqdan sonra münasibətləri normal axara düşüb:

“Danışdıq, münasibətimiz düzəldi. O, tez-tez kafemə gəlirdi, oturub söhbət edirdik. Artıq o dövrünü qəbul etmişdim, ona qarşı heç bir qıcıq qalmamışdı”.

Qeyd edək ki, bu açıqlamalar sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Previous Post

“10 yaşımda metronun qabağında qələm satırdım”

Next Post

Müəllimin geyimi müzakirə mövzusu oldu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.